UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” matçının hakim təyinatları açıqlanıb.
Publika.az xəbər verir ki, qarşılaşma Fransadan olan ədalət təmsilçisilərinə tapşırılıb. Oyunu tanınmış FİFA referisi Kleman Turpin idarə edəcək.
“Qarabağ” - “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdəki ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.