Bakıda "Qarabağ" və "Ferentsvaroş" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşü FIFA referisi Kleman Tyurpen idarə edəcək. Ona həmyerliləri Nikolya Danos və Aleksis Auqer kömək göstərəcək. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək. VAR hakimi Jerom Brizar, VAR hakiminin köməkçisi Nikolya Renvil olacaq.
Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta