EN

Azərbaycan Prezidenti: Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir  

Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC-un Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin, eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR-ın BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olduqlarını söyləyib.

Prezident İlham Əliyev, həmçinin deyib ki, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik.

Chosen
35
12
azerbaijan-news.az

10Sources