Bakı, 27 avqust, AZƏRTAC
Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC-un Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin, eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR-ın BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olduqlarını söyləyib.
Prezident İlham Əliyev, həmçinin deyib ki, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik.