AZ

Azərbaycan Prezidenti: Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir

Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.

 

Dövlətimizin başçısı BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC-un Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin, eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR-ın BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olduqlarını söyləyib.

 

Prezident İlham Əliyev, həmçinin deyib ki, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik.

Tarix: 27 Avqust 2025, 11:20   
Seçilən
39
12
pravda.az

10Mənbələr