EN

"Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bilindi

"Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.

Publika.az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Liqa mərhələsində "Qarabağ"ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.

Chosen
30
4
publika.az

10Sources