EN

Putinin az da olsa ağlı varsa...

Asiya ticarət sessiyasında neft qiymətləri ucuzlaşıb. ABŞ-da açıqlanan məlumatlar strateji ehtiyatlarda gözləniləndən daha kəskin azalma göstərsə də, bazar iştirakçıları Hindistana tətbiq olunan əlavə tariflərin təsirlərini qiymətləndirir.

Oktyabr fyuçersli “Brent” markalı neft 0,5% azalaraq bir barel üçün 67,71 dollar olub. “WTI” markalı xam neft isə 0,6% geriləməklə 63,80 dollara enib.

Azərbaycan brendi “Azeri Light” nefti 1,42 dollar və ya 1.88 % ucuzlaşaraq, 74 dollara ticarət olunur.

Enerji İnformasiya İdarəsinin (EIA) həftəlik hesabatına əsasən, avqustun 22-də ABŞ xam neft ehtiyatları 2,4 milyon barel azalıb. Analitiklərin proqnozu 1,9 milyon barel idi. Benzin ehtiyatları 1,2 milyon, dizel və digər damıtılmış yanacaq ehtiyatları isə 1,8 milyon barel azalıb.

Eyni zamanda, ABŞ-da gündəlik benzin tələbi 8,84 milyon bareldən 9,24 milyona yüksəlib. Bu göstərici yay mövsümünün güclü istehlak dinamikasını əks etdirsə də, analitiklər mövsümi pikdən sonra tələbin zəifləyə biləcəyi riskinə diqqət çəkirlər.

 

Hindistana tətbiq olunan əlavə tariflər

 

ABŞ administrasiyası Hindistanın Rusiyadan neft idxalını məhdudlaşdırmaq məqsədilə 25% əlavə tarif tətbiq edib. Bu qərarla birlikdə Hindistana ixrac olunan xam neftə tətbiq edilən ümumi vergi 50%-ə çatıb. Hindistan neft emalı zavodları ilk günlərdə Rusiyadan idxalı müvəqqəti dayandırsa da, daha sonra yenidən bərpa edib.

Mütəxəssislər hesab edir ki, bazar Rusiyadan Hindistana neft axınını diqqətlə izləyəcək.

Ukraynada müharibə də bazarların əsas qeyri-müəyyənlik mənbəyi olaraq qalır. ABŞ Prezidenti Donald Tramp vasitəçilik təşəbbüsü göstərsə də, Moskva ilə danışıqların nəticəsiz qalacağı halda yeni sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Chosen
11
vaxt.az

1Sources