ABŞ-ın maliyyə naziri Scott Bessent Avropa İttifaqını Moskvaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqində Vaşinqtondan nümunə götürməyə çağırıb.
Onlar Rusiyadan neft almağa davam edən ölkələrə yönəlib. Bundan əvvəl Kreml bu cür təşəbbüslərdən narazılığını ifadə edərək, onları qeyri-qanuni təhdidlər adlandırıb.
Bessentin fikrincə, Amerika və Avropanın iqtisadi təzyiqləri Rusiyanı öz mövqeyinə yenidən baxmağa və danışıqlar masasına qayıtmağa məcbur edə bilər.
Aİ bu məsələdə Vaşinqtonun hərəkətlərini dəstəkləməlidir. Ağ Ev Nyu Dehlinin Rusiya neftini almasına cavab olaraq artıq Hindistan mallarına əlavə rüsumlar tətbiq edib.
Əlavə tarif 25 faiz təşkil edib ki, bu da ümumilikdə ümumi tarifin 50 faizə yüksəlməsinə səbəb olub.
SİA xatırladır ki, Putin Ukraynadakı xarici qoşunların qanuni hədəflər olduğunu bildirib.“The Wall Street Journal”Rusiyanın Ukraynada uğur qazanmasının səbəbini ABŞ və Avropa arasında vahid strategiyanın olmaması adlandırıb.
Əli Babayev