EN

Mixail Popkovun öldürdüyü insanların sayı 89-a çatıb

“Anqar manyakı” kimi tanınan Mixail Popkovun öldürdüyü insanların sayı 89 nəfərə çatıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, ölənlər arasında 88 qadın və bir kişi var.

Ömürlük həbs cəzasına məhkum edilmiş “Anqar manyakı” 2008-ci ildə daha iki gənc qadını öldürdüyünü etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, iki il əvvəl rusiyalı manyak Ukraynada döyüşmək istədiyini bildirib.

Chosen
8
11
xezerxeber.az

10Sources