AZ

Rusiyada “Anqar manyakı” kimi tanınan keçmiş polisin 89 nəfəri öldürdüyü üzə çıxıb

“Anqar manyakı” kimi tanınan Mixail Popkovun öldürdüyü insanların sayı 89 nəfərə çatıb.

 

Ölənlər arasında 88 qadın və bir kişi var.

 

Ömürlük həbs cəzasına məhkum edilmiş “Anqar manyakı” 2008-ci ildə daha iki gənc qadını öldürdüyünü etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, keçmiş polis işçisi olan Popkov 2012-ci ildə həbs edilib. O, cinayət hadisələrini polis kimi çalışdığı dövrdə törədib.

 

Xatırladaq ki, 2 il əvvəl rusiyalı manyak Ukraynada döyüşmək istədiyini bildirib.

 

APA

Tarix: 28 Avqust 2025, 11:29   
Seçilən
22
11
pravda.az

10Mənbələr