“Anqar manyakı” kimi tanınan Mixail Popkovun öldürdüyü insanların sayı 89 nəfərə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, ölənlər arasında 88 qadın və bir kişi var.
Ömürlük həbs cəzasına məhkum edilmiş “Anqar manyakı” 2008-ci ildə daha iki gənc qadını öldürdüyünü etiraf edib. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, keçmiş polis işçisi olan Popkov 2012-ci ildə həbs edilib. O, cinayət hadisələrini polis kimi çalışdığı dövrdə törədib.
Xatırladaq ki, 2 il əvvəl rusiyalı manyak Ukraynada döyüşmək istədiyini bildirib.