EN

Qaraçay üzərində yeni körpü inşa olunur FOTO

ain.az, Apa.az saytına istinadən bildirir.

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün inşası aparılır.

“APA-Economics”xəbər verir ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi davam etdirilir.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
10
apa.az

10Sources