Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün inşası davam etdirilir.
Yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi davam etdirilir.
Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunmuşdu.
Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq təhlükəsizlik tədbirləri görülmüş, körpü ilə nəqliyyatın hərəkəti dayandırılmış və qısa müddətdə əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər edilərək, bərpa işləri aparılmış və körpü müvəqqəti olaraq istifadəyə verilmişdi.





