AZ

Qaraçay üzərində yeni körpü inşa olunur - FOTO

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün inşası aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi davam etdirilir.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunmuşdu.

Seçilən
20
10
operativmm.az

10Mənbələr