EN

Ağdamda ağır qəza - Yaralananlar var - FOTO

Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 19 radələrində rayonun Çəmənli kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı  avtomobil idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə, daha sonra yolu kənarındakı beton hasara çırpılaraq hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşub.

Qəza zamanı "Toyota"da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
94
6
milli.az

10Sources