Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə, daha sonra yolu kənarındakı beton hasara çırpılaraq, hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşub.
Qəza zamanı "Toyota" da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb .