AZ

Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb

Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə daha sonra yolu kənarındakı beton hasara çırpılaraq hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşub.

Qəza zamanı "Toyota" da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
6
hafta.az

10Mənbələr