EN

Goranboyda yol qəzasında xəsarət alan 12 yaşlı oğlan xəstəxanada dünyasını dəyişdi FOTO YENİLƏNDİ

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, xəsarət alan 2013-cü il təvəllüdlü Yusif Mustafayev göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

***

22:43

Fövqəladə Hallar Nazirliyi Goranboy rayonunun Balakürd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, məlumatda bir vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qaldığı bildirilir.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

22.25

Goranboy rayonyunda xəsarət alan yaralıların kimliyi bilinib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Günel Mustafayeva, 1987-ci il təvəllüdlü Sadiq Mustafayev, 1998-ci il təvəllüdlü Vüsal Kazımov, 2005-ci il təvəllüdlü Türkan Məmmədbəyli, 2012-ci il təvəllüdlü Süleyman Mustafazadə, 2004-cü il təvəllüdlü Fazil Əliyev, 2013 -cü il təvəllüdlü Yusif Mustafayevdir. Yaralılardan Musatafeylər ailəsi “VAZ2107” markalı avtomobildə olub. Məlumat üçün bildirək ki, rayonun Balakürd kəndində baş verən qəzada “VAZ” markalı maşın “Mercedes” lə toqquşub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Goranboyda yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin – “Mersedes” və “VAZ 2107” – toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan iki nəfəri azyaşlı, bir nəfəri isə Qarabağ müharibəsi qazisidir.

Faktla bağlı araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
43
icma.az

10Sources