EN

“Şamaxı” 400-cü səfər qoluna imza atdı

“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

Arena.az xəbər verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 3-cü turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış etmiş klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

“Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqləniblər.

Xatırladaq ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

Chosen
72
6
arena.az

10Sources