EN

“Kür” həndbol klubu Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxaq turnirdə yarımfinala yüksəlib

Bakı, 1 sentyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxaq həndbol turnirdə ilk yarımfinalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, A qrupunun son turunda OKMK (Özbəkistan) və "Kür" komandaları qarşılaşıb. Daha inamlı oyun numayiş etdirən Özbəkistan təmsilçisi matçı 31:25 hesablı qələbə ilə başa vurub. Bu nəticəyə əsasən, OKMK qrup lideri, "Kür" isə ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib.

Chosen
35
8
azertag.az

9Sources