EN

Yağlı qida insultun əsas səbəbi ola bilər

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Doymuş yağlarda bişən yeməyin qəbulu beyni qanla təmin etməyə məsul olan qan damarlarının işini poza bilər.

Oxu.Az xəbər verib ki, bu barədə "The Journal of Nutritional Physiology" jurnalında nəşr edilən məqalədə qeyd olunub.

Mütəxəssislər qeyd edirlər ki, beyin kənar təsirlərə xüsusilə həssasdır, çünki onun öz enerji ehtiyatı demək olar ki, yoxdur və qandakı daimi oksigen və qlükoza axınından asılıdır.

Qeyd olunur ki, yağlı yeməkdən sonra qan damarları elastikliyini itirir və orqanizmdəki dalğalanmaların öhdəsindən daha pis gəlir, bu da mikrozədələnmələri, insult kimi riskləri artırır.

Doymuş yağın təhlükəsiz gündəlik qəbulu kişilər üçün 30, qadınlar üçün 20 qram olsa da, əslində çoxu müntəzəm olaraq bu normanı pozur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
1
oxu.az

10Sources