EN

"Everton" klubunun futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna yığmasının heyətində dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Vitali Mikolenko zədəli olduğu üçün heyətdən çıxarılıb - "Everton"un (İngiltərə) müdafiəçisi klubunda zədə alıb. MRT müayinəsindən keçən futbolçunun oynamağa hazır olmadığı üzə çıxıb. Buna görə də baş məşqçi Sergey Rebrov rotasiya etmək məcburiyyətində qalıb. O, Mikolenkonun əvəzinə milliyə Kiyev "Dinamos"undan Vladislav Dubinçakı dəvət edib.
Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Fransanı qəbul edəcək, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.
Chosen
29
20
oxu.az

10Sources