1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Portuqaliyanın U-21 yığmasında AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Barseloşda keçirəcəkləri B qrupunun oyunundan əvvəl dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Dariu Essuquu məşq zamanı zədələnib. Sıradan çıxan futbolçunun yerinə "Benfika"nın yarımmüdafiəçisi Joao Velosonun dəvət edildiyi bildirilib.
Portuqaliya - Azərbaycan oyunu sentyabrın 5-də "Sidad de Barseloş" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.