1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən matçdan sonra mətubat konfransında komandasının oyundan öncəki hədəfini açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əsas məqsəd qələbə qazanmaq olub:
"Əsasən, qələbəyə fokuslanmışdıq. Komandamın oyunu məni qane etdi. Nəticə asan alınmadı, bunun üçün çox zəhmət çəkdik", - Qunnlauqsson deyib.
Qeyd edək ki, İslandiya millisi qarşılaşmada Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub edib.