EN

Naxçıvanda bədbəxt hadisə: ölənlər və yaralananlar var

Naxçıvanda bədbəxt hadisə baş verib.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində bir ailənin iki üzvü ölüb. Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib.

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Chosen
103
25
publika.az

10Sources