AZ

İstirahət mərkəzində ailə faciəsi - Ölənlər var » AzadMedia.az


Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, 2 nəfər ö*lüb.

Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib. Bununla da bədbəxt hadisə nəticəsində 1 ailənin 3 üzvü ö*lüb.

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.

Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

(c)Nuhçıxan
Seçilən
15
11
azadmedia.az

10Mənbələr