Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.
İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda vəfat edib. Həyatını itirənlərin qohum olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər.
Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.


