"Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini təslim olmaq üçün deyil, danışıqlar üçün Moskvaya dəvət edib".
Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Zelenski Moskvaya təslim olmaq üçün deyil, danışmaq üçün dəvət olunub. Biz diplomatik və sülh yolu ilə məqsədlərimizə çatmaq istərdik. Ancaq nə qədər ki, belə imkanlarımız yoxdur, Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcəyik ”,- Peskov əlavə edib.
Xatırladaq ki, sentyabrın 3-də Putin Zelenskini mümkün görüş üçün Moskvaya dəvət edib.
Nurlana ƏhmədovaMissiya.Az