Rusiya Prezidenti Vladimir Putin, Vladimir Zelenskini Moskvaya təslim olmaq üçün deyil, danışıqlar aparmaq məqsədilə dəvət edib.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“O, Moskvaya təslim olmaq üçün deyil, danışmaq üçün dəvət olunub”, – Peskov vurğulayıb. Moskvanın niyə seçildiyi ilə bağlı suala Kremlin sözçüsü cavab verərək qeyd edib ki, “bu, Putinin təklifi olub”. Onun sözlərinə görə, Zelenski bu təklifi şəxsən xarici işlər naziri vasitəsilə rədd edib.