AZ

"Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib"

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "TASS"a müsahibəsində bildirib.

“Putin prezident Trampın səylərini yüksək qiymətləndirir. O, münasibətlərinin konstruktiv xarakterini dəyərləndirir”, – deyə Peskov vurğulayıb.

"Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcək"

Rusiya Ukraynada NATO kontingentinin yerləşdirilməsinə imkan verməyəcək və öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“NATO-nun Ukraynaya daxil olmaq cəhdi ölkəmiz üçün təhlükə yaradır. Biz xarici silahlı qüvvələrin, NATO qoşunlarının sərhədlərimiz yaxınlığında Ukrayna ərazisində mövcudluğunu təhlükə hesab edirik. Çünki NATO Rusiyanı düşmən sayır və bu, onların sənədlərində öz əksini tapıb. Biz buna imkan verə bilmərik və təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”, – deyə Peskov vurğulayıb.

"Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib"

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini Moskvaya kapitulasiya üçün deyil, danışıqlar aparmaq məqsədilə dəvət edib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Onu Moskvaya danışıqlar üçün dəvət ediblər, kapitulasiya üçün yox”, – deyə Peskov qeyd edib.

Görüş yeri kimi Moskvanın seçilməsinə dair suala cavabında Peskov vurğulayıb ki, bu, Putinin təklifi olub:

“Bu, onun təşəbbüsü idi və biz görürük ki, Zelenski bu təklifi öz xarici işlər naziri vasitəsilə rədd etdi”.

Seçilən
23
4
marja.az

6Mənbələr