EN

Avropa liderləri Trampla “gərgin” söhbət edib

Avropa liderləri ABŞ Prezidenti Donald Trampla “gərgin” söhbət edib.

Bu haqda “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Belə ki, ABŞ lideri ilə telefon danışığından sonra Avropa liderləri arasında narazılıq və məyusluq artıb.

Bildirilir ki, Avropa liderləri Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmir.

O da məlum olub ki, koalisiya üzvləri anti-Rusiya sanksiyalarının tətbiqi məsələsi ilə bağlı işçi qrupunun yaradılması üçün Vaşinqtona öz nümayəndələrini göndərməyi təklif ediblər

Qeyd edək ki, sentyabrın 4-də Parisdə Kiyevin təhlükəsizliyinə zəmanət verməklə bağlı “könüllülər koalisiyası” iclas keçirib.

"Cebheinfo.az" 

Chosen
60
1
cebheinfo.az

10Sources