EN

Keçmiş vəkil Adəm Məmmədov həbsdən buraxılıb

Xüsusi ittiham qaydasında məhkum edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.

Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəsissəsindən azadlığa çıxıb.

Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi.

Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb.

Ona islah işləri cəzası verilib. 

"Cebheinfo.az" 

Chosen
24
6
cebheinfo.az

7Sources