AZ

Adəm Məmmədov həbsdən çıxdı

Xüsusi ittiham qaydasında məhkum edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.

Sitat.info-nun Qafqazinfo-ya istinadən məlumatına görə, onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.

Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəsissəsindən azadlığa çıxıb.

Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi. Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib. 

Seçilən
32
6
sitat.info

7Mənbələr