AZ

Adəm Məmmədov həbsdən çıxdı

Adəm Məmmədov həbsdən çıxdı

Xüsusi ittiham qaydasında məhkum edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.

Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi. Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib.

Seçilən
7
6
afn.az

7Mənbələr