EN

16 min erməni Ermənistan vətəndaşı oldu

Qarabağı könüllü tərk edən 16 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Gundem.az xəbər verir ki, bunu Ermənistanın daxili işlər nazirinin müavini Armen Kazaryan parlamentin müdafiə və təhlükəsizlik daimi komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bu 16 mindən 5 mindən çoxu avtomatik olaraq Ermənistan vətəndaşı olmuş yetkinlik yaşına çatmayanlardır:

“Bu məlumat sentyabrın 2-nə aiddir”.

Chosen
17
5
gundem.az

6Sources