EN

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib  

Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

10Sources