Biləcəridə yük maşını körpüdən minik maşının üzərinə aşdı, ölən və yaralananlar var - FOTO
Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunur. Bildirilib ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.