AZ

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib

Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
5
operativmm.az

10Mənbələr