DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 8-də əvvəlcə millimizin mətbuat üçün açıq məşqi olacaq. Sonra baş məşqçi Fernandu Santuş media nümayəndələrinin qarşısına çıxacaq.
8 sentyabr
Azərbaycan milli komandası
10.30. İlk 15 dəqiqəsi (“Liv Bona Dea Arena”)
12.00. Mətbuat konfransı (“Liv Bona Dea Arena”)
Ukrayna milli komandası
17.30. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika Stadionu)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika Stadionu)