Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Süleymanov Sahib Məcid oğlunu "Toyota Corolla" markalı avtomobil vurub. Sezar pizza
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız