EN

Avropa liderləri Rusiya Ukrayna müharibəsinin həlli yollarını müzakirə etmək üçün ABŞ a səfər edəcəklər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 8 sentyabr, AZƏRTAC

Bir sıra Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin həlli yollarını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ-a səfər edəcəklər.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Tramp kimi nəzərdə tutduğu açıqlamayıb. Dövlət başçısı Rusiya-Ukrayna müharibəsinin hazırki vəziyyətindən məmnun olmadığını bildirib, lakin müharibənin tezliklə həll olunacağına əminliyini ifadə edib. Tramp həmçinin, tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışacağını da açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
2
azertag.az

10Sources