EN

Yük maşınının aşması səbəbindən üç nəfərin ölümü ilə nəticələnən qəza üzrə cinayət işi başlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda yük avtomobilinin minik avtomobilinin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayonunun ərazisində 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülovun idarə etdiyi DAF markalı yük maşını körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək aşıb.
Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimovun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev ölüblər.
Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Lalə Zeynal qızı Ağayeva və 2002-ci il təvəllüdlü Fidan Namiq qızı Nəcəfova döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi müayinə göstərildikdən sonra onlar evə buraxılıblar.
Chosen
83
25
oxu.az

10Sources