EN

Çövkən üzrə Azərbaycan millisinin dünya çempionatında növbəti rəqibləri bəlli olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Çövkən üzrə Azərbaycan yığmasının dünya çempionatında növbəti rəqibləri bəlli olub.

Azərbaycan Atçılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Daşkənd şəhərində keçirilən Asiya çövkən çempionatının final qarşılaşmasında ev sahib olan komanda rəqibi Pakistanı 4:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Pakistan gümüş, BƏƏ-ni üstələyən Qazaxıstan isə bürünc medallara sahib çıxıb.

Bununla da Özbəkistan və Pakistan Azərbaycan millisinin rəqibləri olub.

Qeyd edək ki, daha əvvəl Malta və Polşa seçmələri də mundiala vəsiqə qazanıblar.

Chosen
132
azertag.az

1Sources