EN

Ayxan Abbasov millinin heyətində 2 dəyişiklik etdi

Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") əsas yığmaya cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda baş tutacaq.

Chosen
20
9
fanat.az

10Sources