EN

U-21 millimizi bolqarlarla oyuna Çodarov çıxaracaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini (U-21) Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi müəyyənləşib.

Arena.az xəbər verir ki, U-21 millimiz sabah Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

AFFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu oyunda komandamızı meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.

Xatırladaq ki, Ayxan Abbasov özü isə əsas millimizi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə sabah Bakıda keçiriləcək qarşılaşmaya çıxaracaq. Buna səbəb Azərbaycan millisinin baş məşqçisi Fernando Santosun istefaya göndərilməsidir.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azəbaycan – Bolqarıstan matçına saat 18:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq əsas millimizin oyunu isə saat 20:00-da başlayacaq.

error: Məzmun qorunur!
Chosen
40
4
arena.az

9Sources