19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
Arena.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan millimizin sonuncu matçdakı rəqibi Polşanın müvafiq yaş qrupundan ibarət komandası olub.
U-19 yığmamız bu oyunda böyük hesabla uduzub. “Çatej” stadionunda keçirilmiş görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz oyunu aşağıdakı heyətlə keçirib: 1. Həbib Hüşənov (12. Aftandil Arıxov, 68), 3. Vüsal Paşayev, 23. Rəşad Alışov, 21. Ömər Həsənli (18. Həzrət Səmədov, 74), 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov, 19. Eltun Babazadə (11. Mehdi Mütəllimli, 68), 7. Ziya Şəkərxanov, 10. Şahin İbrahimov (16. Cəlil Allahverdiyev, 68), 8. Əliəkbər Rzazadə (13. Emil Həsənov, 74), 9. Nihad Orucəli (20. Arzu Mədətov, 74).
Xatırladaq ki, Azərbaycan millisi bu turnir çərçivəsində keçirdiyi ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbəyə sevinmişdi.