AZ

U-21 millimiz Bolqarıstanı qəbul edir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Bolqarıstan yığması ilə üz-üzə gələcək.

Görüş Bakıdakı “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmanı albaniyalı referi Florian Lata idarə edəcək.

Xatırladaq ki, U-21 millimiz ilk turda səfərdə Portuqaliya ilə qarşılaşıb və 0:5 hesablı məğlubiyyətə üzülüb. Bolqarıstan isə doğma meydanda Cəbəllüttariqi 3:0 hesabıyla üstələyib.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparır.

AÇ-2027-nin seçmə mərhələsi
9 sentyabr

18:00. Azərbaycan – Bolqarıstan
Hakimlər: Florian Lata, Erind Burqu, Reydi Zaimi, Kreşnik Çyapi (hamısı Albaniya).
Bakı. “Dalğa Arena”.

error: Məzmun qorunur!
Seçilən
22
5
arena.az

9Mənbələr