Fransa Milli Assambleyasında Baş nazir Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsi keçirilib. Metbuat.az xəbər verir ki, deputaların əksəriyyəti hökumətin əleyhinə səs verib. Hökumətə 194 deputat etimad edib. 364 deputat isə Bayru hökumətinin əleyhinə səs verib. Qeyd edək ki, bundan əvvəl Fransua Bayru hökumətə etimad etməməyin onun istefası ilə nəticələnəcəyini, lakin bunun problemləri həll etməyəcəyini ifadə etmişdi. Emmanuel Makronun prezidentliyi dövründə 4-cü baş nazir etimadsızlıq səsverməsində məğlub olub.