AZ

Fransa parlamenti ölkə hökumətini istefaya göndərdi

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsi keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.

Nazirlər Kabinetinin istefasına 364 deputat səs verib. Etimadsızlıq səsverməsi üçün 577 deputatdan azı 288-nin dəstəyi tələb olunur. pizza mizza

Bu prosedurun təşəbbüskarı Bayru özü olub. Belə ki, onun kabineti 2026-cı ildə vergi dərəcələrinin, sosial müavinətlərin və pensiyaların cari səviyyədə dondurulmasını təklif etsə də, əksər siyasi qüvvələr bu planla razılaşmayıblar.

Qeyd edək ki, hazırda Fransa böyük borc böhranı ilə üz-üzədir. 2025-ci ilin birinci rübünün sonunda ölkənin dövlət borcu 3,346 trilyon avro və ya ÜDM-in 114%-ni təşkil edib.

Hökumət xərcləri azaltmaq istəsə də, yetərli siyasi dəstək qazana bilməyib./Oxu.az


Telegram kanalımız
Seçilən
15
13
yenisabah.az

10Mənbələr