EN

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun videomüraciətində deyilir.

O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.

"Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.

Chosen
44
13
missiya.az

10Sources